“Kurtlar Vadisi Gladio”nun dinamik səhnələri Antalyada çəkilir

Serialın da baş rol oyunçularından “İskəndər Böyük” rolunu canlandıran Musa Uzunların baş rolda oynadığı “Kurdlar Vadisi Gladio” filmində Antalyadakı Kikboks Federasiyasının rəhbəri Yasin Urlu və “Dəmir Pəncə” İdman Klubunun şagirdləri də rol alıblar. Çəkilişlərinə 21 iyunda başlanan və qışda tamaşaçı qarşısına çıxması planlaşdırılan filmdə 8-ci prezident Turqut Özalın ölümüylə Mosul və Kərkük planları arasındakı əlaqə təsvir olunur.

Bundan başqa, filmdə “Cem Ersever Gladionun hansı gerçəyini öyrəndiyi üçün öldürüldü? Kim Vaşinqtondan gələn telefonla qiyam cəhdindən imtina etdi? Apo sui-qəsdini Gladio necə önlədi? 28 fevral prosesi 1000 il davam edəcək ikən 5 ildə necə sona çatdı?” kimi suallara aydınlıq gətirilir.