Müğənni Almaz Ələsgərova illər öncə oxuduğu mahnıları bir alboma toplayacaq. Məlumatı albomda toplanacaq mahnıların müəllifi Gövhər Həsənzadə məlumat verib: “Hazırda Almaz Ələsgərova ilə albom layihəsi üzərində çalışıram. Albomda köhnə mahnılarımla yanaşı, yeniləri də olacaq”.

Bəstəkar sözügedən albomun nəfis tərtibatına görə digərlərindən fərqlənəcəyini də xəbər verib.