Gözəllərin gözəllik sirrləri

Həyatını obyektivlərin önündə keçirən məşhur ulduzların hər zaman gözəl və formada görünmək üçün özəl formulları var.

Məşhur aktirsa Kameron Dias dərisini yumşaq saxlamaq üçün pillinq yerinə süd tozu sürtür.

Katerina Zeta-Cons daha ağ görünməsi üçün dişlərini çiyələk əzməsi ilə fırçalayır.

Məşhur müğənni Britni Spirs isə dodaqlarının canlı və dolğun görünməsi üçün soyuq alüminium alətlə hər axşam onları masaj edir.

Cennifer Eniston

Məşhur aktrisa Cennifer Eniston isə dodaqlarını daha canlı və dolğun görünməsi üçün müntəzəm olaraq şəkərli su ilə masaj edir.

Ancelina Coli

Seksual aktrisa Ancelina Coli hamının heyran olduğu dolğun dodaqlarını sadə və ucuz bir dodaq qoruyucusu ilə mühafizə edir.

Naomi Kempbel

Top model Naomi Kempbel sellüliti əngəlləmək üçün gecə yatmazdan öncə ayaqlarına qəhvə sürtüb, sıx bintlə sarıyır.