W-trio yenidən bir arada

Hər biri ayrılıqda solo karyerasında populyarlaşan müğənnilər Elnarə, Röya və Natəvanın bu dəfə klip və konsertlə bir araya gəlməsi gözlənilir.

Müğənnilər ötən il birgə ifa etdikləri “Nömrə-1” mahnısına ekran həyatı verəcəklər. Ana olmağa hazırlaşan Elnarə və Röyanın hazırkı vəziyyətinə görə çəkilişlər gecikir.

Röyanın köməkçisi Kənan açıqlamasında məlumatı təsdiqləyib: “Əslində tək klip yox, konsert planlaşdırılıb. Lakin hər şey demək olar ki, Elnarədən asılıdır. Bilirsiniz, qızların ikisi yaxın aylarda ana olacaq. Röya onsuz da konsert verməyə hazırlaşir, lakin Elnarə ana olduqdan sonra layihələri reallaşdırmaq istəyir”.

Köməkçı artıq klip barəsində rejissor Fuad Əlişovla danışdıqlarını xəbər verib.

Lalə Yusifqızı