2 sonuçtan 1 ile 2 arası

» Aygün Kazımova “Allah Röyanın səsinə qüvvət versin”

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    » Aygün Kazımova “Allah Röyanın səsinə qüvvət versin”

    Yaradıcılığınızda meyxanaçı ilə duet bir müddət maraqla qarşılandı, amma nədənsə sonra susqunluq yarandı.

    - Meyxana janrında gələcəkdə nəsə bir yenilik ola bilər. Amma bilirsiniz ki, biz tamam başqa bir layihə üzərində işləyirik, hazırda mən bütün diqqətimi sentyabrda verəcəyim konsertə yönəltmişəm. Xalq artisti fəxri adını alandan bəri solo konsert verməmişəm. Bu, mənim pərəstişkarlarıma 20 illik fəaliyyətimlə əlaqədar hesabat konsertim olacaq.

    - Estrada birincisi olmağınıza qısqanclıqla yanaşıldığı deyilir. Bu fikrin tərəfdarları nə qədər haqlıdır?

    - Hər bir insan qısqana bilər, qısqanclıq insana məxsus normal bir hissdir. Mən özüm də qısqanc adamam, amma baxır harada. Məncə, qısqanmaqdansa çalışmaq lazımdır ki, birinci sandığın insanı ötüb keçəsən. Vəssalam, sonra olursan birinci və hamı səni qısqanır.

    - Qadın müğənnilərimizdən kimləri özünüzdən üstün, yaxud özünüzə bərabər sayırsınız?

    - Əlbəttə, özümdən üstün hesab etdiyim sənətkarlarımız, xalq artistlərimiz olan qadın müğənnilərimiz var. Amma özümdən əskik hesab etdiyim müğənni... Bu, bir az yaxşı çıxmır, özümdən üstünlər çoxdur.

    - Həmin qadın müğənnilərdən nə öyrənmisiniz və yenə də öyrənirsinizmi?

    - Çox şey öyrənmişəm, onların ifalarını dinləmişəm. İşə, sənətə olan münasibətini öyrənmişəm, hansı müəllimlərdə çalışdıqlarını izləmişəm, çalışmışam ki, mən də həmin ansamblda, həmin müəllimlərlə çalışım. Çox şükürlər olsun ki, bu cəhdlərim uğurlu alınıb və mən bu gün də öyrənirəm.

    - SMS yarışmalarına necə baxırsınız?

    - İndi bu bütün dünyada dəbdir, bilirsiniz ki, hər şey SMS-lədir, mən pis baxsam da, yaxşı baxsam da bu, öz axarı ilə gedəcək.

    - Bəs Aygün xanımın gözü hansı adamları götürmür?

    - Kiməsə xəyanət edən insanlara nifrət edirəm. Xəyanəti heç bağışlamıram, mənə xəyanət edənləri görmək istəmirəm.

    - Mətbuat konfransında dediniz ki, “PalSüd”lə ömürlük əməkdaşlığa başlayırsınız. Bunu sizin “Krem21"-ə ”xəyanətiniz" hesab etmək olmazmı?

    - Əsla, onların hər birinin öz yeri var. Südün faydası çox olduğu üçün mən bu layihəni dəstəklədim. Yeri gəlmişkən onu da deyim ki, bu dəfəki solo konsertim həm də körpə uşaqlı qadınların öz uşaqlarına ana südünü vermək çağırışı ilə keçirilir, anaların südü olmadıqda isə bizim şirkətin südündən istifadə etsinlər. Mən özüm qızıma 5 yaşınadək ana südü vermişəm, ona görə də maşallah, sağlamdır. Hələ bəlkə süd vannası da qəbul etdim. Axı mən müğənnilikdən əlavə öz gözəlliyimə həmişə diqqət verən qadınam.

    - Demişdiniz qızım bu il ali məktəbə qəbul olsun, qurban kəsəcəyəm. Qurban kəsmək şansınız çoxdurmu?

    - Mən zamanı qabaqlamaq, öncədən heç nə demək istəmirəm. İnşallah, qəbul olar, siz də bilərsiniz.

    - Qızınızın əlindən tutub səhnəyə gətirdiniz. Bəs sizin əlinizdən kim tutub səhnəyə gətirib?

    - Mən səhnəyə bilirsiniz necə gəlmişəm? Əllərim yerdə, cırmaqlaşa-cırmaqlaşa, amma təbii ki, müəllimlərimin sayəsində. Mücadilələrimin də nəticəsi göz qabağındadır.

    - Ulduz olmaq sizə nə verib?

    - Çox şey verib və çox şey almaq istəyir. Amma azını alır, daha doğrusu, ala bilmir, vermərəm...

    - Özünüz mahnı yazırsınızmı?

    - Bəli.

    - Növbəti konsertinizdə öz mahnınız olacaq?

    - Elə gözəl müəllimlərimin, bəstəkarlarımızın mahnıları olan yerdə öz mahnıma ehtiyac görmürəm, bu, mənim tərəfimdən çox böyük səhv olar...

    - Deyəsən, Azərbaycan estradasında iki qrup yaradılıb və onlardan birinə də siz rəhbərlik edirsiniz.

    - Mənə elə gəlir ki, ikinci qrup yoxdur, elə bir qrup var, onun da rəhbəri mənəm (Bir qədər duruxub, gülür). Zarafat edirəm. Nə qrup? Mən heç bir qruplaşmaya aid deyiləm.

    - Röya Ayxan deyir ki, mən səsimlə güclüyəm, bəs siz?

    - Mən də deyirəm ki, Allah onun səsinə qüvvət versin.

    - Nədənsə əvvəllər tamaşaçı sizin yeniliklərdən daha çox təəccüblənirdi.

    - Heç kəs Azərbaycanda mənim kimi performans, şou göstərib tamaşaçını təəccübləndirə bilməz və bu, yenə də olacaq.

    - Xeyli vaxtdır yeni mahnılardan ibarət musiqi albomunuzun təqdimatını keçirəcəyinizi bildirmişdiniz. Bəs bu mahnıları tamaşaçılara nə vaxt təqdim edəcəksiniz?

    - Qoy bu konsertimi yola verim də. Hara qaçırıq ki?! İnşallah, gələn il həmin albomumun mahnılarından ibarət konsert verməyi nəzərdə tutmuşam.

    - Növbəti konsertinizlə bağlı tədbirdə belə bir fikir səsləndi ki, konsertinizi lotereya bileti ilə keçirməklə siz tamaşaçını məcburi cəlb edirsiniz. Aygün xanımın tamaşaçı toplamaq problemi var?

    - Heç bir problemim yoxdur. Aygün Kazımova Azərbaycanda kifayət qədər məşhurdur. Adicə bir köşkə yaxınlaşıb qəzetləri gözdən keçirin, ən azı 5-6 qəzet məndən müsahibə, informasiya-filan almadan yazı verib. Deməli, mənim varlığım hər yerdə hiss olunur. Mən heç kimi konsertimə gəlməyə məcbur etmirəm. Aygünün fanatları həmişə olub, yenə də var və onlar bu lotereyalardan əldə edib konsertə gələcəklər.

    - Hansı mahnıya klip çəkdirmək arzunuz həyata keçməyib?

    - Düşünürəm ki, inşallah, konsertim bitəndən sonra oradakı görüntülərdən yeni hit mahnı yığıb bir rolik düzəldək.

    - Mətbəx işləri ilə aranız necədir? Özünüz yemək bişirirsinizmi?

    - Təəccüblü görünsə də deyim ki, yemək bişirirəm, özü də çox dadlı. Amma desəm ki bu, hər gün olur, yalan olar.

    - Mahnılardan kənarda həyatınız necə keçir?

    - Ujas... Səhnədə necə hay-küylüdürsə, həyatda da elə hay-küylüdür.

    - Vergilər idarəsi ilə münasibətinizi necə tənzimləyirsiniz?

    - Çox yaxşı, 2 saylı Vergilər İdarəsində qeydiyyatdayam və vergilərimi də vaxtlı-vaxtında ödəyirəm.

    - Bir ulduz, zəngin qadın kimi yaşamaq üçün gəliriniz kifayət edirmi?

    - Mənə həmişə pul çatmır. Çünki həmişə pulum olsa da onu arzularıma xərcləyirəm, sonra o arzulardan da böyük arzular çıxır və istədiklərimi alıram. Ona görə mənə deyirlər ki, sən filankəsin də arvadı olsan, dəxli yoxdur, sənə pul çatdırmaq olmaz.
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jan 2008
    Yer
    türkiye/trabzon
    Mesajlar
    1.318

    Re: » Aygün Kazımova “Allah Röyanın səsinə qüvvət versin”

    men royayı cox sevirem..manhıları sesi cox güzel..
    EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.