Nəcəfova Röyalə (Röya) Yaqub qızı. 1982-ci ildə iyun ayının 14-də Bakı şəhərində dünyaya gəlmişdir. Əkizlər bürcü, it ilindəndir.Əkizlər bürcü olduğundan bir az dəyişkən xasiyyətlidir.Ailəsinin iki övladı var.Təxəllüsü Röya Ayxandır.Çox sadə,səmimi,mehriban və çox ağıllı bir xanimdir. Dostlarına,yaxınları sadiq bir insandır, ən əsası da sevilməyə dəyər bir xanımdır.Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin
"Beynəlxalq Hüquq " fakultəsinə daxil olub.Sənətə bəstəkar Sərvər Şahbəylinin dəstəyi ilə hələ məktəbdə oxuyarkən gəlib. İlk müəllimi "W-TRIO" qrupunun rəhbəri Vagif Gərayzadə olub. Qrupu 2002-ci ildə tərk edib ve solo karyeraya başlayıb. İndiyə kimi Röyanın 2 albomu " Söylə"(2003) və " İlqar " (2005) işıq üzü görüb. 17 klipi var.
1)Yalan sözlər
2) Bilərsənmi
3)Ayrılıq olmayaydı
4)Söylə
5)Qovuşmaz yolumuz
6) Qatar
7) Nazlı yarım
8) Cücə
9) Darıxmışam
10) Gəl danış
11) Deyin ona
12) Gəlmədin
13) De niyə
14) ULduz nəgməsi
15) Nazlı
16) Narın yağış
17) Sən oldun.
2004-cu ildə Azərbaycan musiqi mədəniyyetində göstərdiyi nailiyyətlərə görə "Qızıl Disk" mükafatına layiq görülüb, 2005-ci ildə keçirilən Beynəlxalq Yalta festivalında "Tamaşaçı simtatiyası" üzrə laureat oldu, 2006-ci ildə isə(V&V) prodüsser mərkəzinin keçirdiyi sorğuya əsasən Röya 2 namenasiya üzrə 1) ilin müğənnisi. və 2) ilin konserti nomenasiyalari üzrə qalib oldu.2005-ci ildə Heydər Əliyev adına Respublika Sarayında " Bu gecə" adlı ilk solo konserti oldu. 2006-ci ildə isə 3 gün yenidən Heydər Əliyev adına Respublika Sarayında " Darıxmışam " adlı möhtəşəm solo konserti oldu. 2006-ci ilin Sentyabr ayının 15-dı Şəfa stadionunda baş tutmayan konsertini Röya elə məhz həmin ayın 22-nə keçirərək Milli parkda əvəzolunmaz bir konsert ilə əvəzlədi. Röya İstanbul tətili adlı bir filmə də çəkilib. Röya Ayxan həmin filmin baş rolçusu idi. Film Röyanın iştirakı ilə çox uğurlu alınıb.