2 sonuçtan 1 ile 2 arası

Tarkan Bakıya gəlir

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.723

    Tarkan Bakıya gəlir

    Bakı. Ülkər Qasımova - APA. Türkiyənin meqa-starı Tarkanın dekabrın 30-da Heydər Əliyev Sarayındakı konserti ilə bağlı səhnə dekorasiyası, səs avadanlıqları və ekranlar Bakıya gətirilib. Konsertin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya deyib ki, Tarkanın özü Bakıya dekabrın 29-da saat 18:00-da gələcək. Elə həmin gün Heydər Əliyev Sarayda konsertin dekorasiyası qurulacaq. Tarkan Bakıya 40 nəfərlik heyətlə gələcək.

    N. Emiloğlu onu da deyib ki, konsertin bilet satışı yaxşı gedir və meqa-starın bakılı pərəstişkarları bilet almaqda davam edirlər. İlk dəfə olaraq Heydər Əliyev Sarayında konsert verəcək meqa-starı tarda Humay Qədimova, kamançada isə Sevinc Bağıyeva müşayiət edəcəklər: “Əminəm ki, bu konsert Yeni il qabağı yerli tamaşaçıların ürəyincə olacaq. Konsertdə Tarkan tək çıxış edəcək və iki saatdan artıq səhnədə olacaq”.

    Konsertdə başqa sürprizlərin də olacağını vurğulayan təşkilatçı hələlik bunları açıqlamaq istəmir. N. Emiloğlu biletlərin qiymətinin 60-400 manat arasında satıldığını da söyləyib. Tarkan konsertin səhəri gün, yəni dekabrın 31-də Türkiyəyə qayıdacaq.

    APA

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946

    Re: Tarkan Bakıya gəlir

    Yeni... Bakıya gelmeyine 4 saat galıb...
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.