Ebru Gündəşin Bakı konsertinin qiyməti 50-150 manat arasındadır

Bakı. Ülkər Qasımova-APA. Noyabrın 26-da Heydər Əliyev Sarayında Türkiyənin tanınmış sənətçisi Ebru Gündəş konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı “Art Community”nin rəhbəri Elman Sidqiyayev APA-ya deyib ki, konsertin biletlərinin qiyməti 50-150 manat arasındadır. Təşkilatçının sözlərinə görə, Ebru Gündəş Bakıda xüsusi hazırladığı yeni proqramla çıxış edəcək. Onu da deyək ki, bu sənətçinin Bakıda ilk çıxışı deyil. Belə ki, Ebru Gündəş Bakıda sonuncu dəfə 2003-cü ildə konsert verib. E. Sidqiyayevin sözlərinə görə, Ebru Gündəş noyabrın 25-i gecə Bakıya gələcək və səhəri gün Heydər Əliyev Sarayında bir günlük konsert proqramı ilə çıxış edəcək.