Rafet El Romanın konsertinə biletlərinin satışına başlanılıb

Bakı. Ülkər Qasımova-APA. Noyabrın 27-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək türkiyəli müğənni Rafet El Romanın konsertinə biletlərin satışına başlanılıb. “Səs Organization”un rəhbəri Nahid Emiloğlunun təşkilatçılığı ilə keçiriləcək konsertdə Rafet El Roman səhnədə tək olmayacaq. N. Emiloğlunun APA-ya verdiyi məlumata görə, konsertdə Rafet El Romanın son günlərin ən hit mahnılarından birinə çevrilən “Aşkı viranə” mahnısını birgə oxuduğu gənc müğənni Yusif də çıxış edəcək. “Aşk-ı viranə” adı altında keçiriləcək konsertin biletlərinin qiyməti 30-150 manat arasındadır. Rafet El Roman Yusiflə birgə konsertdən bir gün əvvəl, yəni noyabrın 25-də Bakıya gələcək və üç gün müddətində paytaxtda qalacaq. Səfər çərçivəsində müğənninin şəhər gəzintisi də nəzərdə tutulur.