Eurovision” müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənni fevralın 2-də seçiləcək.
Fevral ayının 2-də 52 illik tarixi olan və Avropanın bir çox mötəbər ölkələrinin qatıldığı “Eurovision” müsabiqəsində ölkəmizi ilk dəfə təmsil edəcək müğənninin final seçimi olacaq.
ANS PRESS-in məlumatına görə, nəticələr fevralın 2-də 2008-ci il tarixi Bakı şəhəri Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək yekun konsertində qalib bəlli olacaq.
Konsertə müxtəlif illərdə “Eurovision” müsabiqəsində qalib gəlmiş bəzi iştirakçılar da qatılacaq. Belə ki, Sertap Erener, Ruslana, Mariya Şerifoviç Azərbaycana gələrək iştirakçılara dəstək verəcəklər.
Qeyd edək ki, Serbiyada keçiriləcək yarışda qalibiyyət uğrunda üç Azərbaycanlı gənc ifaçı- Elnur Hüseynov, Aynur İsgəndərli və Unformal (rok qrup) mübarizə aparacaq.
Final mərhələsinin sonunda mətbuat nümayəndələri üçün mətbuat konfransı keçiriləcək