Lazım gələndə plastik əməliyyat edəcəyəm".
Hər zaman qalmaqalların mərkəzində olan Röya yaradıcılıq işləri ilə məşğuldur. Mart ayında növbəti solo konsertini reallaşırmaq istəyən müğənni durmadan çalışır. Konsertini fevralın 14-də həyata keçirmək istəyən Röyanın arzusu ürəyində qalıb. Daha dəqiq söyləsək, konsert bəstəkar Nailə Mirməmmədlinin anasının vəfatı üzündən təxirə salınıb. Bu arada bildirək ki, Röya sözləri İsmayıl Dadaşova, musiqisi isə Nailə Mirmməmmədliyə məxsus olan iki təzə mahnı üzərində işləyir.
Türk sənətçisi Sərdar Ortacla əməkdaşlığa başladığını bildirən müğənni onunla müqavilə imzaladığını dilə gətirdi.
Xarici görkəmində də yeniliklər edəcəyini bildirən Röya səhnəyə milli geyimlərdə çıxacağını dedi: “Saç düzümüm və üzümdə heç bir dəyişiklik etməyi nəzərdə tutmuram. Lazım gələndə plastik əməliyyat edəcəyəm. Ancaq hələ üzümdə qırışlar yoxdur və heç bir problemdən əziyyət çəkmirəm”.