Bəstəkar mahnını türkiyəli müğənniyə satdığını sirr saxlayır.
Türkiyənin məşhur müğənnisi Zərin Özər bəstəkar Gövhər Həsənzadənin «Sorma» mahnısını ifa edib. Qeyd edək ki, sözügedən mahnı müğənni Kərimin ifasında tanınıb. Bəstəkar mahnını Zərin Özərə hansı məbləğə satdığını sirr saxlayır. Bununla yanaşı, Gövhər Həsənzadənin mahnılarını yaxınlarda digər türkiyəli müğənnilərin də ifasında eşitmək mümkün olacaq.