BildiyimizƏ görə, şoumen Kamran Həsənli ATV telekanalından gedəndən sonra fəaliyyətini ANS-də davam etdirir. Bir neçə dəfə cəhd etsək də, Kamran müəllim ATV-dən ayrılmasının səbəbini açıqlamayıb. Köməkçisi Kənanın dediyinə görə, şoumen hazırda Türkiyədədir və qayıdandan sonra bu barədə medianın bütün suallarını cavablandıracaq: "Hamı bilir ki, Kamran müəllim hadisələrə obyektiv yanaşan, ikiüzlülüyə və yalana düşmən olan bir insandır. Bu da bəzilərinin xoşuna gəlmədiyindən Kamran müəllim adıçəkilən telekanalı tərk etməli oldu".