Son zamanlar müğənnilər ailə qurduqları və ya sevdikləri şəxslər barədə maraqlı açıqlamalar verirlər.
Rəqqasə Fatimə də hər görünəndə hamı tərəfindən sevildiyini vurğulayır. Bəs onun həyatı həqqında nəyi bilirik? Onun bir dəfə ailə qurması hamımıza məlumdur. Bu yaxınlarda isə rəqqasənin bir sevgilisi olması və onunla birlikdə istirahətə getməsi xəbəri yayılıb. Guya, onlar Azərbaycanın bir sıra rayonlarında, o cümlədən Şamaxı, Şəki, Qəbələdə dincəliblər. Bu barədə Fatimə özü də danışdı: "Bu yaxınlarda tətildən qayıtmışam. Bir neçə gün ərzində sevgilimlə birgə çox xoşbəxt günlər yaşadım. Məndən olsaydı, bir az da qalardım. Təmiz hava, sevdiyim insan yanımda, bundan gözəl nə ola bilər?"
Rəqqasədən sevdiyi şəxsin kimliyini soruşanda o, "qoy kim olmasını sirr saxlayım. Bircə onu deyə bilərəm ki, sevdiyim insanın adı "X" hərfi ilə başlayır. Çox mülayim, təvazökar, başadüşən bir insandır. Amma ailə qurmağa hazırlaşmıram" deyə cavab verdi.