3 sonuçtan 1 ile 3 arası

Nadir Qafarzadə borca düşərək evini satıb

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    Nadir Qafarzadə borca düşərək evini satıb

    Müğənni həyatını ağlı-qaralı seriala bənzədir.
    Yayda Yaşıl Teatrın açılışı zamanı müğənnilər arasında birinci konsert verən Nadir Qafarzadə oldu. Eyni zamanda bu, həm də müğənninin ilk konserti idi. Müğənninin konserti böyük anşlaqla keçsə də, tamaşaçılar tərəfindən bəyənilsə də, konsertdən sonra Nadir Qafarzadə müəyyən çətinliklərlə üzləşməli oldu, hətta depresiyaya da düşdü. Bir çoxları bunu öz gücünə güvənərək gündə özünə bir titul verən müğənninin gözə gəlməsi ilə izah etsə də, digərləri şəxsi həyatında baş verən problemlə əlaqələndirdi. Qeyd edək ki, əslində onun depressiyaya düşməsinə səbəb konsertdən yığılan məbləğ yetərli olmadığından müğənninin borca düşməsi olub. Müğənni isə bundan çıxış yolu tapmaq üçün evini və maşınını satmalı olub. Hazırda kirayədə yaşayan Nadir Qafarzadə bundan kədərləndiyini bildirərək hələ sənətə gəlməmişdən öncə çəkdiyi əziyyətləri xatırladı və Allah-Təala tərəfindən yenidən sınağa çəkildiyini qeyd etdi. Problemlərdən yorulduğunu bildirən sənətçi konsertdən sonra istirahət etmək fikrində olduğunu deyərək İstanbula getməyi planlaşdırdığını da qeyd etdi. Lakin göründüyü kimi, məlum səbəblərdən o, səfəri təxirə salıb. Həyatını ağlı-qaralı seriala bənzədən Nadir o qədər yorulub ki, hətta hərdən ötən günlərini unutmaq istədiyini də dilə gətirdi və kövrəldi.
    Başına gələnlərlə barışan sənətçi həyatda çox aldandığını, lakin özünün hər zaman səmimi olduğunu etiraf etdi: "Mən həyatda əziyyətlər görmüş adamam, bunu hər zaman etiraf edirəm. Ailəmi dolandırmağa çörək pulu tapmamışam. Vaxtilə restoranlarda qabyuyan işləmişəm. Amma gəlib bu səviyyəyə çıxmağıma baxmayaraq, yenə də o günlərimdən utanmıram. Niyə də utanmalıyam, alın təri ilə pul qazanmışam".
    Sonra həyatında birdən-birə dönüş olduğunu deyən müğənni qarşısına çıxan bütün şanslardan istifadə etdiyini və uğur qazandığını dilə gətirdi.
    Lakin bu gün düşdüyü vəziyyətdən sınmadığını deyən Nadir Qafarzadə "bilirəm ki, hər şey yenidən yaxşı olacaq, çünki hər şey geridə qaldı" deməklə özünə təsəlli verməyə çalışdı: "Mən öz gücümə inanan insanam. Bu yaxınlarda yeni tikilən binalardan kreditə ev götürmüşəm və yeni ildə yeni evimə köçəcəyəm".
    Hazırda isə yaradıcılığı ilə məşğul olan müğənni yeni mahnılar üzərində çalışır.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  2. #2
    GNL
    GNL çevrimdışı
    Junior Member
    Üyelik tarihi
    Aug 2007
    Yer
    istanbul
    Mesajlar
    22

    NADIR GAFARZADE VE BU HANSISA BIRI QARA BAYRAMDA SEHNEYE CIXIP

    SALAM XAIS EDIREM BILEN VARSA MENE MELUMAT VERSIN DEQIQ BILMIREM...NADIR QAFARZADE NEYSE OLUP SONRA BIR INTERNET SITESINDE MENIM ADIM CEKILIP GUYA MUGENNILERI MEN DEVET ETMISEM HARA DEVET ETMISEM MEN RUHENGIZ XANIM PRAGRAMA CIXIP BILMEMISEM....YENI ANLAMADIM MENIM HECNEDEN XEBERIM YOXDU BILEN VARSA YAZSIN XAIS EDIREMMM...MENIM ADIMIN ORDA NE ISI VAR HELE BIR YAZIPLAR GUNEL BIRDEFE SEYF ETDI PRAGRAMA CIXIP SEDA SAYANA XOCALI MEN OZURUMU DILEDIM VE BIR DAHA BELE XETA ETMEDIM MENIM BURDA NE ELAQEM VAR ANALAMDIM MEN KIMI HAARA DEVET ETMISEM????
    GERCEKTEN UZULDUMM((
    AZERI KIZI GUNEL SEVGILERIMLE.....

  3. #3
    Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    Almaniya
    Mesajlar
    54

    Re: Nadir Qafarzadə borca düşərək evini satıb

    Şəhidlərin ruhu heç zaman ölmür.Cavan və ya qoca olmasından asılı olmayaraq.Ona görə də hər şeyi görürlər və heç zaman bağışlamırlar.Belə ki,nəyinki bilərəkdən,heç bilməyərəkdən onlarin ruhuna hörmətsizlik edənləri də bağışlamazlar.Bizlərdən heç kimin haqqı yoxdur ki,bilərəkdən və ya bilməyərəkdən onların ruhuna hörmətsizlik edək.Necə ki,günə kimi onlarin ruhu da əsirdir.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.