Müğənni oğlu ilə bağlı deyilənlərdən sarsıldığını bildirdi.
Hollandiya və Almaniyadan səfərdən qayıdan müğənni-bəstəkar Elza Seyidcahan bildirdi ki, Hollandiyada Xocalı soyqırımı ilə bağlı abidənin açılışında iştirak edib. Abidənin açılışı ilə bağlı xeyriyyə konserti təşkil olunduğunu deyən müğənni həmin konsertdə iştirak edib. Oradan da Almaniyaya səfər edən Elza Seyidcahan solo konsertlə əcnəbi vətəndaşlar qarşısında çıxış edib. Müğənninin sözlərinə görə, böyük anşlaqla baş tutan konsert uğurlu alındığından hər kəs tərəfindən bəyənilib və buna görə də o, Vaşinqtondan, Tallindən, Türkiyədən və digər xarici ölkələrdən müəyyən təkliflər alıb. O, bu təklifləri dəyərləndirdiyini deyərək səfəri gələn ilə təyin etdiyini söylədi.
Qeyd edək ki, Elza Seyidcahan "Alovun düşdüyü yer" serialına çəkilmək üçün Türkiyədən dəvət aldığını və bu təklifi əvvəlcə qəbul etdiyini söyləsə də, hazırda bundan vaz geçmək fikrində olduğunu etiraf etdi. O, məsələyə aydınlıq gətirərək qeyd etdi ki, burada işləri çox olduğundan hələ ki, seriala çəkilməyə tam hazır olmadığını, ona görə də bu barədə xeyli düşünməli olacağını vurğuladı. Bir ara özünü aktrisa kimi sınamaq istəyən müğənni seriala çəkilməyin təxirə düşməsi səbəbini işlərinin çoxluğu ilə izah edərək qeyd etdi ki, filmin çəkilişləri üçün gərək bir neçə il orada qalım, bu isə mümkün deyil. Ona görə də ola bilsin ki, seriala çəkilməkdən imtina da edim. Müğənninin sözlərinə görə, çəkilişlərə qədər hələ onun düşünmək imkanı var. Odur ki, belə bir fikri olsa, çəkilişlər başlamamışdan öncə qərar verəcək.
Bu arada Azərbaycanı təmsil etdiyini bildirən müğənni "bütün bunlara baxmayaraq, bizimkilər mənim burada olmamağımdan istifadə edərək adımı müxtəlif söz-söhbətlərdə hallandırırlar" söylədi. Oğlunun hərbi xidmətdən qaçaraq guya maşın oğurlaması məsələsinə özü aydınlıq gətirərək deyilənlərlə barışmadığını, bundan narahat olduğunu və deyilənlərin heç birində həqiqət olmadığını bildirdi. Oğlunun hazırda hərbi xidmətdə olduğunu deyən müğənni "bu xəbərdən sonra hər kəsin mənim üzərimə gəlməsindən çox sarsıldım" deyə əlavə etdi. Hazırda isə bəstələrindən və xalq mahnılarında ibarət mahnılar üzərində çalışan Elza Seyidcahan Opera və Balet Teatrında yerli tamaşaçılarını başına toplayıb konsert proqramı ilə çıxış edəcək. Sözügedən konsert 2008-ci ilin birinci rübündə baş tutacaq.