Bundan sonra açıq geyyimlər geyinməyəcəyəğm.
Bu gün bir neçə həmkarının Ruhi barədə dediklərini eşitdim. Guya, Ruhi artıq oxumaqdan doyub və sənətə "əlvida" deyir. Bir də heç kəs onu səhnədə əlində mikrofon görməyəcək.
Məlumatı dəqiqləşdirmək məqsədi ilə müğənni ilə əlaqə saxladıq: "Bu söhbətlərin hardan əmələ gəldiyini bilməsəm də, qeyd etməliyəm ki, həqiqət olan tərəfi var. Mən sizə açıqlayım. Əslində, müəyyən müddət yaradıcılığımı dondurmaq qərarına gəlmişəm. Niyəsi də odur ki dekabrın 9-u həcc ziyarətinə yola düşürəm. Bu mənim çoxdankı arzum idi. 2-3 ildir tez-tez ziyarətlərə gedirəm. Axır vaxtlar elə bil Allaha daha yaxın olmuşam. İnanmazdım ki, ziyarətə getməyim belə tez və asanlıqla alınar. Fikirləşirdim ki, gələn və ya o biri il gedərəm. Axı buna hazır olmaq lazımdır. Deyirdim sənətdəyəm, hələ işlərimi düzüm-qoşum. Səhnədir də, yalan, səhv olur, bəzən lazım omadığı kimi geyinirsən. Onsuz da mən açıq-saçıq geyinmirəm. Amma ziyarətə getdinsə, gərək baş bağlayasan. Yaxın bir adam var, həccə gedib-gəlir, o dedi ki, hicaba girmək şərt deyil, amma elə əməllər var ki, gərək onu edəsən. Həyat yoldaşımla da danışdım, onun da ürəyincə oldu. Hətta özü də yaxın zamanlarda getməlidir. O, Allaha inanan adamdır. "Quran"ı oxuyur, dində edə incəliklər var ki, onları bilir və mənə danışır. Hətta mənim adımın mənasını da söylədi. Dedi, sənin adın peyğəmbərimizin qızının adı olub - "Ruhiyyə". Mən özüm də "Quran"ı təzə başlamışam oxumağa. Namazı da hələ öyrənə-öyrənə qılıram.
Ziyarətdən qayıdandan sonra yoldaşımla qərarlaşdırmışıq ki, ümumiyyətlə, açıq geyyimlər geyinməyim, əyləncə yerlərində olmayacağam. Ziyarətə gedənə qədər bütün yaradıcılıq işlərini dondurmuşam. Bütün günü müqəddəs kitabımızı, namazı öyrənirəm. Həmin şayiə də bax buradan əmələ gəlib".
"Bəs dönəndən sonra sənətdən ayrılacaqsınız" sualına müğənni belə cavab verdi: "Yox. Qayıdandan sonra ilk işim Moskvada əcnəbi rejissorlardan birinə klip çəkdirmək olacaq. Bu o demək deyil ki yerli rejissorların işini bəyənmirəm. Bu dəqiqə Fuad Əlişova və Ülviyyə Könülə klip çəkdirmək istəyirəm, amma onların səviyyəsində mahnım yoxdur. Hazırda mənə hədiyyə edilmiş 4 mahnım var, amma onlar klip çəkdirmək üçün deyil. İstəyirəm bəstəkarlar mənim üçün elə musiqilər bəstələsinlər ki, romantik olsun və ifa edəndə dingildəməyim, göbək atmayım".