Süzanna Mübarək sənətçinin «Vokaliz» kompozisiyasını dinləyib və çox bəyənib.
Misirin birinci ledisi Süzanna Mübarək əməkdar artist Brilliant Dadaşovaya mahnı hədiyyə edib. «Gənclər sülhə» adlı əsərin ana dilimizdə məhz Brilliantın ifasında səslənməsini istəyən Süzanna Mübarək sənətçinin «Vokaliz» kompozisiyasını dinləyib və bəyənib. Vurğulayaq ki, sözügedən kompozisiyanın klipi Misir telekanallarının birində yayımlanıb.
Hazırda İstanbulda yeni albomu üzərində çalışan müğənni rəhbəri olduğu «Akademiya» realiti-şousunu yenidən keçirmək fikrindədir. Bu dəfə yarışmanın fərqli və daha maraqlı olacağını deyən sənətçi «Akademiya 1»-in iştirakçılarıyla birgə konsert verməyi də planlaşdırır.