Müğənni Azərbaycana yeni dəb gətirib?
Bu yaxındarda "Bu şəhərdə"nin hədəfində olan və onlarla üz-üzə gələn bəstəkar-müğənni Elza Seyidcahandan yeni xəbərlər var. Yerli şou-biznes nümayəndələrinin Türkiyə şou-biznesinə yol açdığı bir vaxtda Elza Seyidcahan da "qonşudan qalma geri" deyib Türkiyəyə hazırlaşır. Amma digər həmkarlarından fərqli olaraq o, Türkiyəyə nə şou-biznesə qatılmaq üçün, nə də illik müqavilə yolu ilə sənətini orada davam etdirmək üçün gedir. Onun Türkiyə səfəri filmlə bağlıdır. Belə ki, müğənni türk filminə çəkilmək üçün Turkiyənin aparıcı prodakşnlarının birindən dəvət alıb. "Atəşin düşdüyü yer" adlı çoxseriyalı ekran əsərində o, baş rollardan birini ifa edərək Türkiyənin tanınmış aktyorları ilə tərəf-müqabili olacaq. Çoxseriyalı filmdə Bəyza rolunu canlandıracaq Elza Seyidcahan yaxın vaxtlarda Türkiyəyə gedəcək. Film haqqında məlumat verən müğənni qeyd etdi ki, sözügedən filmdə türk aktyorları ilə yanaşı, xarici ölkə aktyorlar da çəkiləcək. Filmi çəkən prodaktionun repertuarında 30-a yaxın ssenarinin olduğunu deyən müğənni "Atəşin duşdüyü yer" filminin çəkilişləri uğurlu alınsa, digər filmlərə də çəkiləcəyini vəd etdi: "Belə getsə, məni bəstəkar və müğənniliklə yanaşı, aktrisa kimi də təqdim edəcəksiniz" söyləyən Elza Seyidcahan, həm də yeni mahnılar yazdığını qeyd etdi. Müğənninin sözlərinə görə, o, türk şeirlərinə bir neçə mahnı bəstələyib: "Mən yayda bu məsələ ilə əlaqədər olaraq Turkiyəyə getmişdim. Orada olarkən türklər məni dinlədi və söylədilər ki, sənin səsin bizim türk xalq musiqilərinə yaxındır və sənin səsinə o tərzdə olan musiqilər çox yaraşır". Bundan başqa, özünün bir neçə bəstəsinə klip çəkdirməyi düşünən Elza Seyidcahan hər zaman həm musiqilərində, həm də geyimlərində qeyri-adi üslubu ilə seçildiyini etiraf etdi və bununla yanaşı çəkdirəcəyi klipin də fərqli olacağını bildirdi: "Kliplərimin bir neçəsi "Qran Pri" və digər mükafatlara layiq görülüb.
Ona görə də fərqli işlər ortaya çıxarmaq mənə zövq verir" deyə o, əlavə etdi. Bu arada fərqli geyim tərzindən söz düşmüşkən, müğənni vurğuladı ki, o, Azərbaycana yeni bir dəb gətirib. Belə ki, xaricdə sənət adamları ayaqqabılarının və ziynət əşyalarının rənglərini fərqli istifadə etdiyi halda, bunu da Azərbaycanda ilk dəfə Elza Seyidcahan dəbə salıb.
Geyimlərində dəbin bu növündən istifadə edən müğənni bundan qürur hissi keçirdiyini və şəhərdə həttə adi xanımların da belə bir dəb növündən yararlandığının şahidi olduğ