Əgər bunu etməsəydim, Namiqi itirə bilərdim".
Müğənni əməliyyata 50 min dollar xərcləyib.

“Gözəllik qurban tələb edir” deyimini əldə əsas tutan əməkdar artist Aygün Kazımovanın səhhəti artıq yaxşıdır. Bir müddət öncə Sankt-Peterburqa yollanıb Nekrasovun bıçağı altına uzanan müğənni hələ də özünə gələ bilməyib. “Ağrılarım var, amma həkimim deyir ki, bu, müvəqqətidir”, - söyləyən Aygün düşünür ki, incəsənət həm gözəllik, həm də qurban tələb edir: “Zənnimcə, incəsənət və gözəllik vəhdət təşkil edir. Onlardan hər hansı biri olmasa demək yarımçıq qalırsan. Plastik əməliyyat keçirmək mənim üçün lazım idi. Əməliyyat olunmasaydım, həyatım büsbütün dəyişə bilərdi. Əgər bunu etməsəydim, Namiqi itirə bilərdim”.
Əməlliyyat zamanı həyatı ilə mücadilə aparan Aygün əslində, Nekrasovun bu işə qol qoymaq istəmədiyini bildirdi. Bununla belə o, Aygünün qəti etirazı və əməliyyat olmaq istəyi qarşısında aciz qalıb: “Əməliyyata hazırlıq gedirdi. Həkimlər sistem qoşmaq üçün damarımı axtarıb tapmırdılar. Bir anlıq fikirləşdim ki, bəlkə bu mənə hansısa siqnaldır. Bəlkə əməliyyatdan imtina edim. Amma, Allaha şükür, hər şey yaxşı qutardı. Həkimlər iki qabırğamı çıxardılar. Üstəlik, 4 kiloqram çəkidən azad oldum”.
Namiqin bu əməlimyyata qarşı olduğunu deyən müğənni sözündən heç vəchlə dönmədiyini vurğuladı: “ Namiq Moskvada olanda mən qəti qərara gəlib, həftənin birinci gününə bilet almışdım. O, Bakıya gələndə bileti göstərdim və dedim ki, gedirəm. Vaxt azlığından o, mənə mane ola bilmədi”.
Əməliyyatdan sonra gözlərini açan müğənni ilk dəfə qızı İlqarəni görmək istəyib. Lakin qızının əməliyyatdan xəbərsiz olduğunu deyən Aygün onun narahatlıq keçirməsini istəmədiyib: “Namiq özü də yaman narahat idi. Əməliyyata görə aramızda bir balaca narazılıq yarandı, Namiq məndən ayrılmaq istəmirdi. Mən səhnəsiz, Namiq də mənsiz yaşaya bilməz. Bir az inciklik vardı, o da keçib getdi. Bilirsiniz, indiyə qədər nə etmişəmsə, hazırda nə edirəmsə və gələcəkdə nə edəcəyəmsə hamısını səhnə, tamaşaçılarım üçün edirəm. Bundan da peşman deyiləm”.
Əməliyyatın Aygünə neçəyə başa gəldiyini soruşduqda isə o, konkret məbləğ açıqlamaq istəmədi: “Bircə onu deyə bilərəm ki, məbləğ Azərbaycanda müğənnilərin əməliyyat olunduğu qiymətdən 50 faiz yuxarıdır. Həmin rəqəmin arxasında isə 3 sıfır dayanır”.