"Bacım da olsa, bu addımı atmaq zorundayam".
İki bacı arasında bir neçə aydır ki, davam edən mübahisə məhkəmə işinin başlamasıyla başa çatacaq. Söhbət tanınmış müğənnilər Nazpəri Dostəliyeva ilə Zeynəb Dostəliyeva bacılarından gedir ("OLAYLAR" İA). Uzunmüddətli ittihamdan sonra Z.Dostəliyeva məhkəməyə müraciət etməkdə israrlı olduğunu deyib: "Bu qədər bəsdi. Hər şeyin həddi var. Mən çox dözdüm. Sonda məhkəməyə müraciət etmək qərarına gəldim. Bacım olsa da, bu addımı atmaq məcburiyyətindəyəm".