Müğənni İradə İbrahimova gələn ay Amerikaya gedəcək.
Müğənni Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin xətti ilə keçiriləcək azərbaycanlıların forumunda iştirak edəcək. Bu barədə məlumatı İradə İbrahimovanın mətbuat katibi Zəminə verib. Onun sözlərinə görə, Los-Ancelesdə qeyd olunan tədbirdən sonra forum iştirakçıları müğənninin iştirakı ilə keçiriləcək konsert proqramını izləyə biləcəklər. İki saatlıq konsertdə müğənni hit mahnılarını səsləndirəcək. Buradakı işlərinin çoxluğundan danışan mətbuat katibi qeyd etdi ki, müğənni Azərbaycana qayıdandan sonra tanınmış bəstəkarların yeni mahnılarını lentə aldıracaq