Azərbaycan estradasının tanınmış müğənnisi Rəqsanə İsmayılovanın illərlə gizli saxladığı sirrinin üstü açıldı. Telekanalların birində açıqlama verən müğənni qızı Aysundan əvvəl oğul övladı dünyaya gətirdiyini etiraf etdi: “Ən böyük sirrimdir ki, qızım Aysunun atasından öncə nigahda olmuşam və 1 oğlum olub. Bu günə qədər də bu sirri anam və mən bilmişəm. Onu da deyim ki, oğlumu illər öncə əlimdən alıblar. Amma buna baxmayaraq o məni tapdı. Hazırda o, böyük oğlandır”.