Noyabrın 5-də sayca yeddinci plastik əməliyyatını keçirən əməkdar artist Aygün Kazımova klipmeyker Ülviyyə Könüllə barışıb. Etibarlı mənbədən aldığımız məlumata görə, onlar barışsalar da bunu ciddi-cəhdlə gizlədirlər. Sən demə, “ağ bayrağı” Ülviyyə Könül qaldırıbmış. Hətta indən belə Aygün kliplərini yalnız Ülviyyə Könülə həvalə edəcək.
Xatırladaq ki, Ülviyyə Könüllə Aygün Kazımovanın arasındakı anlaşılmazlığın bünövrəsi 2003-cü ildə qoyulub. Halbuki vaxtilə Aygün Ülviyyə xanımın çəkdiyi klipləri keyfiyyətsiz və şablon adlandırmışdı. Hətta tərəflər efirdə bir-birinə təhqiramiz sözlər də demişdi.