O, Almaniyada solo konsert verməyə hazırlaşır.
Səhnəmizin avanqard müğənnisi Elza Seyidcahan durmadan çalışır. Bir müddət öncə Türkiyə şou-biznesinə qatıldığını deyən müğənni indi də Almaniyaya gedəcək. Elza Seyidcahan noyabrın 20-də Köln şəhərində konsert proqramı ilə çıxış edəcək. Konsertin Almaniyada yaşayan azərbaycanlılar tərəfindən təşkil olunduğunu bildirən müğənni Türkiyədə fəaliyyət göstərən məşhur bir şirkətdən təklif də aldığını dedi: “Bir illik müqavilə bağlayıb onları reklam etməliyəm. Alkaqolu çox az olan bir içki reklamıdır. Açığı, ömrümdə içki içməmişəm. Türkiyədə mənim səsimə vurğundurlar”.
Yerli şou-biznesdən narazı olduğunu bildirən E.Seyidcahan müğənnilərin bir-birinin ünvanına olmazın təhqirlər söylədiklərini dedi. “Bizimkilər Avropa, yaxud Türkiyə şou-biznesini bəsit formada təkrarlayır”,- deyən müğənni son günlərin müzakirə mövzusuna çevrilmiş “sponsor” məsələsinə də toxundu: “Türkiyədə sponsor anlamına münasibət fərqlidir. Orada sənətə daha çox qiymət verilir. Əsində bizdə də belədir, sadəcə sənətin adını batıran insanlar var ki, efirə çıxıb ağızlarına gələni danışırlar. Çoxdur elələri, ad çəkməyəcəyəm”.