Üzərində narkotik maddə aşkarlanaraq həbs olunmuş Azərbaycan rep ustası Elşad Xosenin (Əliyev) cinayət işinin materialları Yasamal rayon məhkəməsinə göndərilib. Bu barədə APA-ya məhkəmədən bildirilib. Cinayət işinin materialları məhkəməyə yeni daxil olduğundan hələlik heç bir hakimin icraatına verilməyib. Qeyd edək ki, bu sentyabrın 13-də həbs olunan müğənninin barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, sentyabrın 27-də zaminə buraxılıb. E. Xoseyə Cinayət Məcəlləsinin 234.1-ci ( satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə E. Xosenin cinayəti sübuta yetirsə, onu üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir