Tolik evlənmək, ailə qurmaq üçün qadın axtarışındadır. Bu barədə tanınmış prodüser Lider telekanalının "Rəngarəng" proqramında bildirib. “Mənim evim var, lakin o boşdur. Orada qadın çatmır. Əgər mənimlə ailə qurmağa razı olacaq bir qız olarsa, istəyirəm ki, o məni olduğum kimi qəbul eləsin. O, ilk növbədə anlamalıdır ki, mən ictimai şəxsəm və bunlar məndən asılı deyil. Əsl toy keçirmək istəyirəm. Ümid edirəm ki, bu dəfə bəxtim gətirəcək” deyə bildirib.