Luçano Pavarotti vəfat edib
[
Xərçəng xəstəliyinə tutulan məşhur opera ifaçısı ömrünün 72 yaşında Modendeki evində keçinib
Məşhur opera ifaçısı Luçano Pavarotti ömrünün 72 yaşında Modendeki evində vəfat edib. Dünən axşam Pavarottinin səhhətinin birdən-birə pisləşidyi barədə xəbər verilmişdi. Tanınmış ifaçının böyrəkləri sıradan çıxmışdı və o, komaya düşmüşdü.
Qeyd edək ki, 2006-cı ilin iyun ayında Pavarottidə mədəaltı vəzində xərçəng aşkar edilmişdi. Həkimlər əməliyyatdan sonra müsbət proqnozlar vermişdilər. Amma 2007-ci ilin avqust ayıında o, yenidən onkoloji xəstəxanaya aparılmışdı və avqustun 25-də xəstəxanadan evə buraxılmışdı.
/ANS PRESS/