Xalq artisti Alim Qasımov gənc cazmen Şahin Növrəsli ilə birgə Yaşıl Teatr Konsert Kompleksində konsert verəcək. Bu barədə APA-ya məlumat verən Ş.Növrəsli deyib ki, hazırda danışıqlar gedir və konsertin sentyabrın sonunda keçirilməsi nəzərdə tutulub: "Alim Qasımovla danışdıqdan sonra konsertin proqramını və vaxtını müəyyənləşdirəcəyik. Bu konsert mahiyyət etibarilə digərlərindən tamamilə fərqlənəcək".