"Akademiya-2" yeni mövsümdə start götürəcək

Əməkdar artist Brilyant Dadaşovanın müəllifi olduğu "Akademiya-2" yarışması noyabrın 3-dən start götürəcək.
Bu barədə məlumat verən müğənni qeyd etdi ki, artıq seçim turları yekunlaşıb. 13 nəfərin iştirakı ilə baş tutan müsabiqədə bu dəfə 20 iştirakçı çıxış edəcək. İştirakçıların sayının çoxluğunu Brilyant Dadaşova istedadlıların çox olması ilə izah edərək onlar arasında seçim aparmağın çətin olduğunu vurğuladı. Müğənninin sözlərinə görə, münsiflər heyətinin tərkibində isə neçə xırda dəyişikliklər istisna olmaqla ötənilki heyət təmsil olunacaq. Bunlardan Abbas Bağırov, Fidan Hacıyeva, Aygün Kazımova, "Dəyirman" və s.qeyd etmək olar.