Rəqsanə qəza törətdi


BUNA GÖRƏ MÜĞƏNNİNİ POLİSƏ VERDİLƏR
Bir neçə gün bundan əvvəl mətbuatda Rəqsanənin bacısının qadın alveri ilə məşğul olaraq qızların Dubaya aparılmasında əli olduğu bildirildi və polis bölməsinə gətirilməsi xəbəri yayıldı. Məsələnin nə dərəcədə düzgün olub-olmaması ilə bağlı müğənni ilə əlaqə saxladıq. O, deyilənləri təkzib edərək ətrafdakılarının onunla bağlı "qara piar" kampaniyasına başladıqlarını bildirdi.
Müğənni başına gələnləri qəzetimizə açıqlayaraq yanlış və yersiz söz-söhbətlərin bu hadisədən qaynaqlandığını vurğuladı: "İki həftə bundan əvvəl maşınla azyaşlı uşaq vurdum. Bilməyərəkdən törətdiyim qəzaya görə, uşağın valideynləri məni polisə verdilər. Hadisə ilə bağlı bir neçə gün polis bölməsinə gedib-gəlməli oldum. Buna görə də mənasız söz-söhbətlər ortaya çıxdı". Uşağın müalicəsi ilə bağlı bütün xərcləri üzərinə götürdüyünü deyən müğənni artıq hər şeyin öz qaydasında olduğunu söylədi.
Artıq müğənni Tütkiyəyə getməyə hazırlaşır. Bir müddət orada çalışacağını deyən Rəqsanə bütün işlərini yenidən başlayacağını qeyd etdi. O, bunu öz istəyi ilə etdiyini deyərək "yerli şou-biznesin qalmaqallarından bir müddət kənar olmaq istəyirəm" dedi.
Qeyd edək ki, müğənni bir vaxtlar Türkiyə şou-biznesinə qatılmasını Azərbaycandan birdəfəlik getməsi ilə izah etsə də, artıq bu fikrindən daşındığını və Turkiyəyə müvəqqəti getdiyini söylədi. Onun bu səfəri payız aylarında baş tutacaq.

Mənbə: Simnarə (3 nöqtə)