Xuraman Şuşalı "Bezmişəm" mahnısına klip çəkdirib. Müğənni söhbətində deyib ki, bu klip əvvəlkilərdən fərqlənir. "Mən sevgidən əzab çəkən insanın obrazını yaratmışam. Lakin klipin konkret süjet xətti yoxdur. Mənə elə gəlir ki, çəkiliş məkanı və paltar obraza uyğun gəlir", - o əlavə edib. Müğənni həmkarlarını da tənqid etməyi unutmayıb. "Çox vaxt müğənnilər çəkiliş qrupundan öz gözəlliklərini əks etdirməyi tələb edirlər. Belə olanda obrazları musiqiyə heç uyğun gəlmir. Mən isə kompleks etmədən bütün jestləri və mimikaları istifadə etdim. Özümün bütün aktyor qabiliyyətlərini nümayiş etdirdim", - o vurğualayıb.