Rəqsanə hələ də özəl həyatı ilə gündəmdə qala bilir. Bu dəfə müğənni sevgilisi haqda danışıb. Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, müğənni Space telekanalının "Bazar" proqramına bildirib ki, onlar bir-birlərini çoxdan tanıyırlar."O, azərbaycanlıdır, lakin Bakıda yaşamır. Onunla tədbirlərin birində tanış olmuşuq, o gündən bu yana ünsiyyətdəyik. O vaxt heç ağlıma da gətirmirdim ki, biz evlənə bilərik. Çünki biz sadəcə dost idik. İndi isə dostluğumuz sevgiyə çevrilib", - qeyd edib.