Etibar Süleymanovun göndərdiyi kəbin kağızı mütəxəssislər tərəfindən incələnib. Nəticədə E.Süleymanovun göndərdiyi kəbin kağızında bəyin adı ərəb dilində Emin kimi yazılıb.Məsələ ilə bağlı Mehriban Xanlarova Publika.Az-a açıqlama verib. Aktrisa kəbin kağızının saxta olduğunu söyləyib:"Etibar və Emin əslində eyni adamlardır. Sadəcə bu şəxs özünü müxtəlif adlarla təqdim edir. Onun sizə təqdim etdiyi kəbin kağızı saxtadır. Əminliklə deyə bilərəm ki, istənilən şəxs hansısa mollaya pul verib kəbin kağızı yazdıra bilər. Onu da qeyd edim ki, mənim yüz adamla şəklim var. Kiminləsə şəkil çəkdirməyim həmin adamla evli olduğum mənasına gəlməməlidir". Publika.Az portalı olaraq özünü tanınmış aktirsanın həyat yoldaşı kimi təqdim edən Etibar Süleymanovun münasibətini öyrəndik. O öz adının Emin olduğunu söyləyib:"Mənim əsl adım Emindir. Bir çox şeyi açıqlaya bilmirəm. Onunla aramda elə şeylər var ki, onları sizə deyə bilmərəm. Buna görə adımın Etibar olduğunu söylədim. İstəsəniz bütün faktları sizə redaksiyanıza gəlib təqdim edə bilərəm".