Əvvəllər o, bu istedadını gizlədirdi, şeirlərini ictimaiyyətin diqqətinə çatdırmağa utanırdı. Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin "Mən o deyiləm" mahnısının sözləri Lətafət Ələkbərovaya məxsusdur. Bu mahnını Almaz Ələsgərli ifa edir.

Elmira Ələkbərlinin ifa elədiyi, yunan bəstəkar Akif Melisin "Sən yuxusan" mahnısının da sözləri Lətafət Ələkbərovaya məxsusdur.

"Şeirlərimdə mən öz qəlbimi, sevgimi və nifrətimi, arzularımı və reallıqları, daxilimdə yaşananları göstərməyə çalışıram. İlhamım gələndə oxuyuram", L.Ələkbərova Trend Life-a açıqlamasında deyib.

Teleaparıcı gələcəkdə şeirlər kitabını nəşr etdirməyi planlaşdırır. O, peşəkar fəaliyyətini də unutmaq niyyətində deyil. Bu yaxınlarda o yeni tele-layihəyə start verəcək.