Stilist Anar Ağakişiyev bu barədə Lider telekanalının "İstidir" verilişinə açıqlamasında bildirib.

"Elə hal olmayıb ki, müğənniyə əvvəlcədən qiymət deyim. Mənim Aygün Kazımova, Röya, Sevda Yahyayeva ilə dostluq münasibətlərim var. Onlara necə qiymət deyə bilərəm? Onlar üçün pulsuz da işləməyə hazıram. Bizim aramızda pul söhbəti ola bilməz. Onlar da bunu bilirlər. Misal üçün hər dəfə Sevda Yahyayevanı konsertdən öncə bəzədikdən sonra Sevda mənə zərfdə pul göndərir. Lakin mən onlar üçün pulsuz da işləməyə hazıram", - stilist əlavə edib.