“Eurovision 2012” təmsilçimiz Səbinə Babayeva İctimai televiziyada rejissor vəzifəsində işləyən Cavidan Şərifovla ailə həyatı qurub.

Lent.az-ın məlumatına görə, toy sentyabrın 25-də Bakının məşhur şadlıq evlərinin birində keçirilib.

Toya dəvətlilər sırasında Murad Arif, Elnur Məmmədov, Nura Suri, Elnarə Xəlilova, Lalə Məmmədova və bir çox tanınmış şou-biznes nümayəndələri dəvətli olub. Cütlük öncədən toyun mətbuatda işıqlandırılmasının əleyhinə olsa da, sonradan çəkilişə icazə verilib.