Bu gün gecə saatlarında dünya ulduzu J.Lo öz komandası ilə Bakıya gəlib. 60 nəfərlik komanda ilə paytaxtımızda qonaq olan Cenifer tamaşaçılar üçün eksklüziv şou nümayiş etdirəcək.
Lopez sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda, sentyabrın 23-də isə “Bakı Kristal Zalı”nda çıxış edəcək. Konsert proqramı saat 21:00-da başlayacaq.

Hazırda isə ulduz Tofiq Bəhramov adına stadionda məşq edir.