Azərbaycan telekanallarının birində yayımlanan verilişin qonağı olan Nadir Qafarzadə son aylar şou-biznesdə dəb alan bir mövzudan danışıb.

Müğənni "Hansı yerli sənətçilər ölkədən kənara çıxıb, öz potensialı ilə tanına bilər?" - sualına cavab olaraq iki şəxsin adını çəkib:

"Məncə, bunu Aygün Kazımova ilə Röya bacara bilər. Hər ikisinin potensialı xaricə çıxmağa imkan verir. Düzdür, çoxları buna can atır. Amma hamının şansı eyni deyil".