Populyar müğənni Zamiq Space TV-nin "Bazar" verilişinə açıqlamasında "ürəyinin boş olduğunu" etiraf edib.

Zamiq deyib: "Həyatımda çox insanı sevmişəm. Amma hazırda heç kimi sevmirəm. Ürəyimdə sevdiyim hər kəsin öz yeri var. Çünki bu hissləri yaşamışam. Mən bunları mahnılarımı ifa edərkən göstərirəm".

Bir müddət əvvəl aralarında narazılıq yaranmış Röya ilə barışmaları haqda da danışan Zamiq ilk addımı özünün atdığını söyləiyb: "Axı mən kişiyəm və ilk addımı da mən atmalıyam".