Xalq artisti Aygün Kazımova ilə duetlərinə son qoymuş populyar meyxanaçı Namiq Qaraçuxurlu yeni duet oxuyacaq.

Namiq Qaraçuxurlu bunu Space TV-nin "Bazar" verilişinə açıqlamasında bildirib. Gələn il konsert verəcəyini deyən Namiq artıq hazırlıq işlərinə başlanıldığını söyləyib:

"Hələ orada hansı yeniliklərin olacağını bilmirəm. Onu deyə bilərəm ki, bütün mahnıları canlı oxuyacağam. Bundan başqa, səhnədə mütləq duet olacaq - ya muğam ifaçısı, ya da hər hansı başqa müğənni ilə. Bunsuz mümkün deyil".