Populyar müğənni Rəqsanə ailə quran zaman cehizdə, demək olar ki, hər şey aparıbmış.

Rəqsanə bunu yerli telekanallardan birinə söyləyib. "Cehizimin içərisində hər şey var idi – qab-qacaq, büllur qablar, məşhur "Madonna" dəsti də daxil olmaqla. Amma boşanarkən onların heç birini geri götürmədim. Hamısını onlara qoydum. Mənə hədiyyə etdikləri qızıl əşyaları da götürmədim", - deyə Rəqsanə bildirib.

Müğənni qızlarına cehiz olaraq hər şey verəcəyini də söyləyib: "Böyük qızımın 15 yaşı olmasına baxmayaraq, indidən ona elçi düşənlər çoxdur. Amma o, hələ uşaqdır və təhsil almalıdır. Ona hər şey verəcəyəm. Hətta avtomobil də. İstəyirəm ki, o, xoşbəxt olsun".