Əməkdar artist Firuzə İbadova yeni ilin astanasında tamaşaçılarına söz verdi.

Firuzə İbadova Milli.Az xəbər portalına əsl sənət nümayiş etdirəcəyindən danışdı:

"Artıq il bitir və bu ərəfədə yeni heç nə söz vermirəm. Amma 2012-ci ildə məndən çox şey gözləyin. Bir yaradıcılıq sirrimi açım sizə. Arxivimi yeniləyirəm. Bununla tamaşaçılarıma və tələbələrimə əsl sənəti göstərmək istəyirəm. Maraqlı bir layihədir. Ümid edirəm ki, tamaşaçılar yeni versiyada köhnə mahnılarımı eşitdikcə ruhən dincələcəklər, zövqlərini oxşayacam".

Firuzə xanım əlavə edir ki, bununla yeni nəslə də bir mesaj verir. "Yəni bilsinlər ki, Firuzə İbadova kimdir və 40 il ərzində nələri edə bilib", - deyə əməkdar artist bildirdi.