Oksana Rəsulova ad gününü harada və kiminlə keçirəcək?
Bu gün tanınmış rəqqasə Oksana Rəsulovanın doğum günüdür.
Oksana Rəsulova hələ ötən gündən başlayaraq xeyli sayda doğum günü hədiyyəsi alıb:
"Hədiyyələr gəlməkdə davam edir. Sağ olsun dostlar, məni dəyərləndirirlər. Axşam isə daha maraqlı olacaq. Elşadla birlikdə əlamətdar günümü restoranda baş-başa qeyd edəcəyik".
Rəqqasə doğum günlərini məclis səviyyəsində qeyd etməyin tərəfdarı olmadığı üçün, bu cür seçim etdiyini bildirdi. Yaşını isə gizlətmədi: "29 yaşımı tamamladım".