Müğənni Nadir Qafarzadə Hollivudda klip çəkdirmək istəyir
Populyar müğənni Nadir Qafarzadə daha qalmaqal istəmir.
Nadir Qafarzadə bunu yerli telekanallardan birinə açıqlamasında bildirib. "Yorulmuşam. Qalmaqal insanları da bezdirib. Öz-özünə yaranan qalmaqallar olub. Əvvəlcədən planlaşdırılmış qalmaqallara da rast gəlinib. Amma mənimlə bağlı yox. İndi yalnız yaradıcılıqla məşğulam. Qalmaqala vaxtım yoxdur", - deyə N.Qafarzadə bildirib.
İfaçı yaxın günlərdə baş rolu ifa edəcəyi "Qaç, Nadir, qaç" filminin çəkilişlərinə başlanacağını da söyləiyb: "Filmdə mən pis vəziyyətlərə düşürəm. Bütün fəlakətlərimdə məni aldadan falçı günahkar olur. 2,5 saatlıq film 10 gün ərzində çəkiləcək. Onu məşhur peşəkar rejissorlar çəkirlər. Hollivudda klip çəkdirmək də istəyirəm".