Türkiyədə keçirilmiş "Star Akademi" müsabiqəsinin finalçısı olmuş Elyana Əhmədova Yeni İlə həsr olunmuş filmə çəkilir.

İctimai Televiziyanın çəkdiyi filmdə Elyana Əhmədova müğənni rolunu oynayır.

Elyana tezliklə Türkiyəyə qayıdacağını da bildirib: "Üçillik müqavilə imzalamışam və bu müddətdə orada işləyəcəyəm. Yeni mahnılar da yazdıracağam. Üç il ərzində hər hansı başqa şirkətlə əməkdaşlığıma icazə verilmir. Hər şeyi onların icazəsilə etməliyəm".