Populyar müğənni Günel Ələkbərova "Qala" qrupunun solisti olan sevgilisi Ceyhun Əliyevdən ayrılıb.

Buna səbəb Ceyhunun Güneli həddindən artıq çox qısqanması olub.
Ceyhun xəbəri təsdiqləyib. Lakin baş verənlərin səbəbləri haqda danışmaq istəmədiyini söyləyib.

Günelin baş verənlərə reaksiyası isə gözlənilməz olub: "O, heç zaman mənim sevgilim olmayıb. Biz sadəcə dost idik. Sonradan münasibətlərimizdə sərinlik yarandı. Amma o, mənim həmkarım olaraq qalır".