Xalq artisti Zülfiyyə Xanbabayeva əsəbləşən zaman özünü necə sakitləşdirdiyini yerli telekanallardan birinə açıqlayıb.
Zülfiyyə Xanbabayeva bunu şopinqlə etdiyini bildirib:
"Gəzirsən, özün üçün nəsə axtarırsan, vaxt öldürürsən və olanları unudursan. Geyimlərim əsasən tünd rəngdə olsa da, rəngarəng aksesuarlardan istifadə etməyə çalışıram. Onların əksəriyyətini qızıma saxlayıram. O, xüsusilə parlaq aksessuarları sevir".