Populyar müğənni Elariz Məmmədoğlu yaradıcılıq planları haqda danışıb.

Elariz Məmmədoğlu Space TV-nin "Bazar" verilişinə açıqlamasında deyib: "Bu günlərdə xalq artisti Səməd Səmədova mahnı vermişəm. Onun sözlərini də, musiqisini də özüm yazmışam. Özüm yeni mahnı axtarışındayam. Onu tapan kimi klip çəkdirəcəyəm. Konsert verməklə bağlı qərarım yoxdur. Bilirəm ki, insanlar gələcəklər. Amma konsertdən qazanc götürməyəcəyəm. Nə vaxt konsertin sərfəli olacağını bilsəm, onda konsert verəcəyəm".

E.Məmmədoğlu indiyədək heç kimlə duet oxumamasının səbəbini də açıqlayıb: "Bəzi müğənnilər məşhur ifaçılarla duet oxumaqla onların hesabına məşhurlaşmaq istəyirlər. Mənim buna ehtiyacım yoxdur".