Populyar müğənni Xuraman Şuşalı Moskvada fotosessiyaya çəkiləcək.

Xuraman Şuşalı bunu Space TV-nin «Bazar» verilişinə açıqlamasında bildirib: «Moskvada daha bir fotosessiyaya çəkilmək niyyətindəyəm. Bu, onlarda fərqli alınır. Kadrları başqa cür tuturlar. Xarici ölkələrlə bağlı bir neçə digər layihələrim də var».

Xuraman, hazırda özünü "bir nömrəli" müğənni saymadığını da bildirib: ""Bir nömrə" bütün günü efirdə olanlara deyirlər. Amma mən də bir yerdə dayanmaq fikrində deyiləm. İşləmək istəyirəm. "Sənsiz" adlı yeni alborm buraxacağam".